İntizam Komitəsinin iclası keçirildi
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

Topaz Premyer Liqasının XIV turunun “Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun 8 №-li futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 59-cu dəqiqəsində “Zirə” klubunun 9 №-li futbolçusu Nelson Bonilla ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun fasiləsi zamanı “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52.2).

Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XIV turunun “Kəpəz” – “İnter” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Budaq Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 38.1).

Əvəzedici heyətlərin XIV turunun “Zirə” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Zirə” klubunun 15 №-li futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XIV turunun “Qəbələ” – “Rəvan” matçının 88-cı dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XI turunun “Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

“Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimə olunur(maddə 53.2).

Meydan sahibi komanda stadionun təhlükəsizliyi lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunur (maddə 50).

I divizionun XI turunun “Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun fasiləsi zamanı “Ağsu” klubunun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanır klub 400 manat cərimə olunur (maddə 42.3).

I divizionun XI turunun “Bakılı” – “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 22 №-li futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanır, klub 500 manat cərimə olunur. (maddə 38.5).

I divizionun XI turunun MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Xəbər 664 dəfə oxundu.