Azərbaycan Çempionatında (I dəstə) 5-ci turun oyunları yekunlaşıb
Respublika Şahmat Mərkəzində keçirilən Kişilər arasında Azərbaycan Çempionatında (birinci dəstə) 5-ci turun görüşləri yekunlaşıb.

5-ci turda Ramil Cavadov və Çingiz Rzayev qarşılaşması sülhlə nəticələnib. Fərid Aslanov ağ fiqurlarla Elvin Bayramova məğlub olub.Rəşad Zeynallı Mustafin Andrey üzərində qələbə qazanıb. Nərmin Söyünlü və Cahangir Niftəliyev qarşılaşması isə ikinci tərəfin xeyrinə başa çatıb.

Beləliklə, 5 turdan sonra Elvin Bayramov və Ramil Cavadov hərəyə 4 xal toplayaraq liderlik edirlər. Çingiz Rzayev , Cahangir Niftəliyev və Rəşad Zeynallı 3.5 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, yarışda 2014-cü ilin I dəstənin 5 mükafatçısı, Bakı çempionatının 5 mükafatçısı, seçmə yarışın 3 mükafatçısı, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14,16,18 vэ 20 yaş), Dünya və Avropa birinciliklərinin mükafatçıları(12-20 yaş), uşaq olimpiadasının 3 qalibi, qadınlar arasında BQ,BU və FİDE ustaları və beynəlxalq əmsalı 2000-dən az olmayanlar oynamaq hüququ qazanıblar.

Çempionat isveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və dekabrın 5-də başa çatacaq.

Xəbər 708 dəfə oxundu.