"Qəbələ" Gəncə klubu ilə matça hazırlaşır
Antalya toplanışından sonra iki günlük istirahətə buraxılan "Qəbələ", bu gündən doğma məkanda məşqləri bərpa edib. İdman.com.az saytı xəbər verir ki, məqsəd, Unibank Premyer Liqasının 19-cu turunda keçiriləcək “Kəpəz” klubu ilə matça hazırlıqdır. Qəbələdə təbii ot örtüklü meydançaların qar altında qalması səbəbindən, məşqlər süni örtüklü meydançada baş tutub.

Toplanışda müalicələri davam edən Vurğun Hüseynov və Rövşən Əmiraslanov iştirak etməyiblər. Oğlu dünyaya gələn və bu münasibətlə İngiltərədə olan Deon Bartonun isə sabahdan məşqlərə qatılması gözlənilir.

Xəbər 1105 dəfə oxundu.