U-17 komandası növbəti qələbəsini qazanıb
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri IX turda “Vətən” RİOEUG-a 6:1 hesabı ilə qalib gəliblər. Komandamızın qollarından üçünü Cəfər Şahməmmədov, ikisini Bahadur Həziyev, birini isə Pilağa Mehdiyev vurub.

Qeyd edək ki, bu qələbədən sonra “Neftçi” 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 662 dəfə oxundu.