Milli komanda yoxlama oyunu keçirib
Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılan milli 10:1 hesabı ilə qələbə qazanıb. Edu, Augusto və Rafael dubl edib. Hərəyə 1 dəfə Vitali Borisov, Amadeu, Andre de Campos və Ramiz Çovdarov fərqlənib.

Xəbər 713 dəfə oxundu.