Güləşçilərimizdən 12-ci medal
Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi davam edir. İkinci yarış günündə qadın güləşi üzrə 48, 53, 55, 58, 60, 63, 69 və 75 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz yarışı 1 gümüş medalla tamamlayıb.

Xatırladaq ki, ilk yarış günündə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanıb.

Xəbər 706 dəfə oxundu.