Samuxda güllə atıcılığı üzrə rayon birinciliyinin final mərhələsi başa çatıb
Noyabrın 27-də Azərbaycan Ağır Atletika Fedarasiyasının Samux Zirvə Ağır Atletika klubunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş məktəb komandaları arasında olan güllə atıcılığı üzrə rayon birinciliyinin final mərhələsi başa çatıb.

Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra idarə rəisi Rəşad Qarayev tədbiri açıq elan edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışın yekun nəticələrinə görə birinci yerə Alıuşağı kənd orta məktəbi, ikinciyə Samux şəhər 1 saylı məktəb lisey, üçüncüyə İnstitut qəsəbə tam orta məktəb layiq görülüb.
Sonda qaliblər kubok və diplomlarla mükafatlandırılıb.

Xəbər 762 dəfə oxundu.