Nəsimi rayonu məktəblilərinin yarışı keçirilib | |
Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə paytaxtın Nəsimi rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 27 komanda iştirak edib. Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 54 saylı orta məktəbin komandası layiq görülüb. 111 və 19 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qarşıdakı günlərdə paytaxtın digər rayonlarının məktəbləri arasında da anoloji yarışlar təşkil ediləcək. Bu yarışlarda ilk 3 yeri tutan komandalar isə final mərhələsi gələn ilin yanvarında təşkil ediləcək Bakı şəhər çempionatında iştirak hüququ əldə edirlər. |
|
Xəbər 801 dəfə oxundu. |
|
|