Herman Tilke: “Formula-1” üzrə Avropa Qran-prisi özəlliyi ilə fərqlənəcək
Gələn il Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisi özəlliyi ilə digərlərindən fərqlənəcək.

Bu fikri müsahibəsində Bakı Qran-prisinin trasının layihəsini hazırlayan “Tilke” mühəndislik şirkətinin baş icraçı direktoru Herman Tilke deyib. O bildirib ki, Bakıda yarış şəhər trasında keçiriləcək. Bu tipli yarışlar Monka şəhərində və Sinqapurda da təşkil olunur. Ancaq Avropa Qran-prisi üçün yeni asfalt qatının hazırlanması onu digərlərindən fərqləndirir. Bakı trasının digər özəlliyi kəskin enişlərin və döngələrin olmasıdır. Bu da “Formula-1” azarkeşlərinin Bakı Qran-prisinə olan marağını artırır. Bakı küləklər şəhəridir. Külək pilotlar üçün çətinlik yarada bilər. Ancaq unutmamaq lazımdır ki, bu turnirdə dünyanın ən güclü idmançıları mübarizə aparırlar. Onlar bu sahədə peşəkarlardır.

Herman Tilke qeyd edib ki, uzunluğu 6 min 6 metr olan marşrut 8 sağ, 12 sol döngədən ibarətdir. Turnirdə orta sürət 210, maksimum sürət isə 340 kilometr/saatdır. Bu da ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından, dəniz sahilindən keçməklə azarkeşlərdə xoş ovqat yaradacaq.

Xəbər 643 dəfə oxundu.