Şahmatçılarımız yalnız «A» qrupunda mübarizə aparacaqlar
Sabah Rusiyanın paytaxtında şahmat üzrə «Aeroflot Open» beynəlxalq turnirinə start veriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda Azərbaycanı Qədir Hüseynov (2634), Rauf Məmmədov (2636), Eltac Səfərli (2638) və Namiq Quliyev (2545) təmsil edəcəklər.

Həmyerlilərimiz «A» turnirində mübarizə aparacaqlar və qalib fevralın 15-də müəyyənləşəcək. Bir gün sonra isə zəka sahibləri blits oynayacaqlar.
Qeyd edək ki, «Aeroflot Open»in mükafat fondu 67 min avrodur. Yarışın qalibi 20, gümüş mükafatçısı 10 və üçüncü yerin sahibi 7 min avro qazanacaq.

Xəbər 895 dəfə oxundu.