Turnir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər
Güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Gənclər və İdman Nazirliyi və Dünya Güləş Birliyi nümayəndələri, AGF rəsmiləri, idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti abidə önündə xatirə şəkli çəkdiriblər.

Xəbər 688 dəfə oxundu.