“Mançester Siti” Messini sıralarına qatmaq niyyətindədir
İngiltərənin “Mançester Siti” futbol klubu “Barselona”nın argentinalı forvardı Lionel Messini sıralarına qatmaq niyyətindədir. “Şəhərlilər” Messi üçün hətta həftəyə səkkiz yüz min funt sterlinqindən vaz keçməyə hazırdırlar.

Oda məlum olub ki, İngiltərə klubu artıq transferlə bağlı argentinalı hücumçunun nümayəndəsi ilə ilkin danışıqlar aparıb. Əgər sövdələşmə reallaşarsa, onda Messi bir ilə qırx milyon funt qazana bilər. “Barselona”dakı müqavilə əsasında isə hazırda argentinalı ulduz həftəyə beş yüz min funt qazanır.

Bununla belə, “Mancester Siti” bir oxla iki hədəfi vurmaq istəyir. İngiltərə klubu Messinin keçidinə nail olmaqla həm də, “Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanı komandaya dəvət etməyi planlaşdırırlar. Onlar bu məsələdə argentinalı hücumçunun Qvardiola ilə isti münasibətdən öz xeyirlərinə faydalanmaq istəyirlər.

Xəbər 667 dəfə oxundu.