“Rəvan”da gözləniməz baş məşqçi dəyişikliyi
“Rəvan” klubunun baş məşqçi postunda dəyişiklik baş verib. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a komandanın vitse-prezidenti Bəhruz Şirəliyev xəbər verib.
O bildirib ki, 42 yaşlı çalışdırıcı Vladislav Qədirov istefaya göndərilib: “Bu, klub rəhbərliyinin qərarıdır. Onun yerinə Bəhmən Həsənov təyin olunub. Ancaq bu, müvəqqəti təyinatdır. Yəni, çempiona az qalıb və əvvəl də komandanı çalışdırmış mütəxəssis bir müddət bu vəzifəni icra edəcək. Biz yeni baş məşqçi axtarışında olacağıq”.

Həsənov “Rəvan”ın debüt mövsümünü keçirdiyi Unibank Premyer Liqasında ilk baş məşqçisi kimi tarixə düşüb. O, cari mövsümün VI turunda “Sumqayıt Şəhər”lə evdəki qolsuz bərabərlikdən sonra istefa vermişdi.
Qeyd edək ki, bu, cari mövsümdə 7-ci istefadır. Həsənovdan başqa rumıniyalı Mirça Rednikin “Xəzər Lənkəran”dan, ingilis Toni Adamsın “Qəbələ”dən, Elxan Abdullayevin AzAL-dan, Mehman Allahverdiyevlə Mirbağır İsayevin “Kəpəz”dən gedişi reallaşmışdı.

Xəbər 1084 dəfə oxundu.