Boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub
Polşanın Kolobzerq şəhərində keçirilən boks üzrə gənclər arasında Avropa birinciliyində yarımfinalçılar məlum olub. Millimizin komandamızın 3 üzvü yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özləri üçün təmin ediblər.

49 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmovu finala gedən yolda çətin görüş gözləyir. Boksçumuz yarımfinalda Ermənistan idmançısı Alen Danielyanla qarşılaşacaq.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Elməddin İsmayılov da yarımfinala yüksəlib. Həmyerlimizin rəqibi almaniyalı Denis Qaşi olacaq.

Yarımfinala vəsiqə qazanan daha bir boksçumuz İsmayıl Hüseynovdur. 69 kq çəki dərəcəsində çıxış edən Hüseynov polşalı Sebastyan Viktorzakla üz-üzə gələcək.

Yarımfinal görüşləri noyabrın 27-də keçiriləcək.

Xəbər 759 dəfə oxundu.