Məqsəd İsayev əməliyyat olundu
“Neftçi” PFK-nın futbolçusu Məqsəd İsayev Türkiyənin paytaxtı Ankaranın “Acıbadəm” xəstəxanasında sağ diz nahiyəsindən əməliyyat olunub. Əməliyyatı uğurla keçmiş müdafiəçi həkimlərin nəzarəti altında müalicəsini davam etdirəcək. Məqsəd İsayevin 10 gündən sonra məşqlərə başlayacağı gözlənilir.

Xəbər 889 dəfə oxundu.