Aleksandr Starkov: Futbol qol imkanlarının qaçırılmasını bağışlamır
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov Slovakiyanın "Koşitse" klubu ilə keçirdikləri son yoxlama oyunu haqda danışıb. İdman.com.az saytının məlumatına görə, latviyalı mütəxəssis məğlubiyyətə üzüldüyünü bildirib:
"Məncə, hesab meydandakı nəticəni əks etdirmirdi. Futbol çox amansız idman növüdür. Çünki bu oyun ələ düşən qol imkanlarının qaçırılmasını bağışlamır. Bununla belə, yaxşı futbol nümayiş etdirdik.

Çoxlu qol epizodları yaratdıq. Bəzi oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər. Ancaq təəssüf ki, sonda qollar buraxdıq və məğlub oldu. Bu, bir qədər üzücü oldu".
Qeyd edək ki, "Bakı" Antalyadakı son yoxlama matçında "Koşitse"yə 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər 1256 dəfə oxundu.