“Lokomotiv” - “Alyants Ştutqart” voleybol oyunu başlayıb
Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” komandası Çempionlar Liqası yarışlarının üçüncü turu çərçivəsində növbəti oyuna çıxıb.

“Lokomotiv” Azərbaycan Voleybol Mərkəzində Almaniyanın “Alyants Ştutqart” klubunu qəbul edir.

Görüşü türkiyəli Nurper Özbar və ukraynalı Viktor Kozlovski idarə edirlər.

Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 676 dəfə oxundu.