“Lokomotiv” komandası Azərbaycan Voleybol Mərkəzində “Alyants Ştutqart”ı sınağa çəkəcək
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının üçüncü turu çərçivəsində növbəti oyunlar keçiriləcək.

Azərbaycan Voleybol Mərkəzində Bakının “Lokomotiv” komandası Almaniyanın “Alyants Ştutqart” klubunu qəbul edəcək. Oyunu idarə etmək üçün Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən türkiyəli Nurper Özbar və ukraynalı Viktor Kozlovski təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “A” qrupunda mübarizə aparan “Lokomotiv” ilk görüşdə “Dinamo Kazan”a 1:3 hesabı ilə məğlub olsa da, Bakının “Azərreyl” komandasına 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 823 dəfə oxundu.