Yenə 5-ci yer | |
Bu gün Parisdə cüdoçular arasında “Böyük dəbilqə” turnirinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalları verən yarışın ilk günündə olduğu kimi, növbəti mübarizədə də milli komandamızın üzvləri mükafatçılar sırasına duşə bilməyiblər. Feyralın 5-də keçirilmiş görüşlərdə təmsilçilərimizdən ən yaxşı nəticəni Elxan Məmmədov (90 kq) göstərib. O, 5-ci yeri tutub. Elxan Rəcəbli (81 kq) və Elmar Qasımov (100 kq) zəif çıxış ediblər. Dünən keçirilmiş qarşılaşmalarda İlqar Müşkiyev (60 kq) 5-ci olmuşdu. Qeyd edək ki, 150 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 300 lisenziya xalı qazanıb. |
|
Xəbər 1140 dəfə oxundu. |
|
|