Azərbaycan idmançıları “Baltik Open-2015” Döyüş Növləri Olimpiadasında uğurla çıxış ediblər
Latviyanın paytaxtı Riqada “Baltik Open-2015” Döyüş Növləri Olimpiadası keçirilib. Yarışda atletlər MMA və sərbəst güləş idman növlərində qüvvələrini sınayıblar.

Azərbaycan idmançıları Musa Abdullayev və Elsəvər Puri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılarımız Arzu Eyvazova, Murad Nəsirov, Nəvai Əlizadə və Anar Əsgərov ikinci yeri tutublar.

Azərbaycan komandasının rəhbəri Vasif Namazov Beynəlxalq Döyüş Növləri Olimpiadası Komitəsi tərəfindən ən yaxşı komanda heyəti üçün təsis edilmiş diplom və medalla təltif olunub.

Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov yarışlardan sonra idmançılarla görüşüb və onları qazandıqları nailiyyət münasibətilə təbrik edib.

AZƏRTAC

Xəbər 714 dəfə oxundu.