Qətər Güləş Federasiyası prezidenti: Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik
Azərbaycan dünya miqyasında böyük əhəmiyyətə malikdir. Azərbaycan güləş idmanı sahəsində Asiyada İrandan sonra ikinci yerdədir. Biz böyük çempionatlardan əvvəl təlim-məşq toplantılarını məhz bu ölkədə keçirməyə çalışırıq. Çünki orada dünya miqyaslı idmançılar var. Azərbaycanın təcrübəsindən istifadə etmək istəyirik.

Bu sözləri Qətərin “əş-Şarq” qəzetinə müsahibəsində Qətər və Ərəb Güləş federasiyalarının prezidenti Zamil əş-Şəhrani deyib.

Zamil əş-Şəhrani ölkəsində səfərdə olan Azərbaycanın Güləş Federasiyasının nümayəndələri ilə görüşdüyünü qeyd edib. O, bu görüşdə təcrübə mübadiləsini daha da artırmaq, Qətər və Azərbaycanın yığma komandalarının hər iki ölkədə keçirilən çempionatlarda iştirakını təmin etmək məqsədilə federasiyalar arasında razılıq əldə edildiyini də bildirib.

Xəbər 777 dəfə oxundu.