“Qəbələ” futbol klubu Yunanıstana ciddi itki ilə yollanacaq
Avropa Liqasının qrup mərhələsində PAOK ilə qarşılaşacaq “Qəbələ” futbol klubu Yunanıstana ciddi itki ilə yollanacaq.

Topaz Premyer Liqasının XII turunda "İnter"lə oyunda əzələsi dartılan komandanın kapitanı Dodo zədə səbəbindən bu görüşü buraxacaq.

Braziliyalı yarımmüdafiəçi hazırda vətənində müalicə olunur.

Zədədən əziyyət çəkən digər futbolçular Dmitri Bezotosnı, Sergey Zenyov və Ermin Zets isə komanda ilə birgə məşqə başlayıblar. Onların noyabrın 26-da PAOK ilə görüşdə forma geyinməsi isə hələ bəlli deyil.

Xəbər 691 dəfə oxundu.