Qədir Hüseynov “ACP Masters” şahmat turnirində oynayacaq
Dekabrın 7-də İsrailin Aşdod şəhərində sürətli şahmat üzrə “ACP Masters” turniri başlayacaq.

Turnirdə 12 qrossmeyster, o cümlədən Azərbaycan təmsilçisi Qədir Hüseynov, Vasili İvançuk, Pavel Elyanov (Ukrayna), Yan Nepomnyaşşi, Dmitri Yakovenko (Rusiya), Riçard Raport (Macarıstan), Başkaran Adxiban (Hindistan), Etyen Bakro (Fransa), Samuel Sevyan (ABŞ), yerli şahmatçılar Boris Gelfand, İlya Smirin və Emil Sutovski iştirak edəcəklər.

Şahmatçılar əvvəlcə hər biri altı iştirakçıdan ibarət olan iki qrupda dairəvi sistemlə oynayacaq, sonra hər bir komandadan iki qalib yarımfinal mərhələsinə çıxacaq.

Beynəlxalq turnir dekabrın 7-dən 10-dək keçiriləcək.

Xəbər 646 dəfə oxundu.