İrana yollanacaq badmintonçularımız müəyyənləşdi
Fevralın 16-da Tehranda badmintonçular arasında beynəlxalq turnir start götürəcək. İdman.com.az saytının məlumatına görə, həmin yarışda Azərbaycan komandası da iştirak edəcək. Baş məşqçi Ceyhun Məmmədəliyev artıq Arazın o tayına yollanacaq heyəti müəyyənləşdirib. 3 gün davam edəcək rəqabətdə Orxan Qələndərov, Kənan Rzayev və Kərim Musayev mübarizə aparacaqlar.

İdmançılarımız şəxsi yarışda qüvvələrini sınayacaqlar. Amma son 2 adı çəkilən təmsilçimiz qoşa proqramda da çıxış edəcək.
Nəzərinizə çatdıraq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İran paytaxtına yollanacaq milli komandamızı məşqçi Cavanşir Əlizadə müşaiyət edəcək.


Xəbər 2048 dəfə oxundu.