Azərbaycanlı idmançı Riqada “Fight Arena” turnirində çıxış edəcək | |
Dekabrın 5-də Riqadakı “Arena Riga” zalında “Fight Arena” adlı növbəti döyüş şousu keçiriləcək. Budəfəki şounun proqramında peşəkar idmançıların on döyüşü nəzərdə tutulur. Dekabrın 5-də 4 kik-boksinq döyüşçüsü arasında “Casino Europa Club Bar” kuboku uğrunda mübarizə “Fight Arena” turnirində ən maraqlı hadisə olacaq. Turnirdə latviyalı Yanis Ziyedinş Azərbaycan idmançısı Həsən Xəlilovla qarşılaşacaq. Latviyanın ən populyar kik-boksçusu Zaur Cavadov da uzun fasilədən sonra rinqə çıxacaq. Onun rəqibi litvalı Mantas Mazjeyka olacaq. “Arēna Rīga” zalında tamaşaçıları həyəcanlı döyüşlərlə bərabər maraqlı işıq şousu, feşn-şou və rinqdəki qızların şousu gözləyir. AZƏRTAC |
|
Xəbər 578 dəfə oxundu. |
|
|