Ramal Hüseynov Tovuza qayıtmaq istəmir
“Turan” klubu artıq heyəti komplektləşdirir. İdman.com.az saytı xəbər verir ki, Əsgər Abdullayevi baş məşqçi postunda saxlayan Tovuz rəhbərliyi, vaxti ilə bu komandanın uğurları üçün çalışmış oyunçuları da geri qayıtmaqa çalışırlar.

Artıq Müəmmər Ərdoğdu, Rəşid Həsənov, Cavad Mirəzyev komandaya qaytarılıblar. Amma ən çətin vaxtda düşərgədə qalan kapitan Ramal Hüseynov, indi geri dönmək istəmir. Hazırda Bakıda olan futbolçu digər variantları nəzərdən keçirir. Bunu futbol11.az-a açıqlamasında yarımmüdafiəçinin özü də təsdiqləyib.

Xəbər 1086 dəfə oxundu.