“Bakı”dan “Rad”a
Qış transfer pəncərəsi zamanı, “Bakı”nın baş məşqçisi Aleksandr Starkov komandanın bir neçə üzvündən imtina etdi. İdman.com.az saytının məlumatına görə, latviyalı mütəxəssis Ramim, Borets, Skuliç, Leviqa, Jaba, eləcə də Stevan Batesi heyətdən kənarlaşdırdı. Bu futbolçudan bəzisi özünə yeni klub tapıb. Bunlardan biri də, 30 yaşlı Batesdir. Azərbaycana gəlmiş ən etibarlı müdafiəçilərdən sayılan Stevan, Serbiya Superliqasında çıxış edən “Rad”a transfer olunub. O, Belqrad təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Xəbər 1049 dəfə oxundu.