“Kişinyov-Zirvə” təmsilçisi dünya çempionatına qatıldı
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı start götürüb. Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutan turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşulub.

Yarışçılar arasında “Kişinyov-Zirvə” təmsilçisi Oleq Sırqi də var. Məhz o, klubumuzun dünya çempionatındakı çıxışlarına start verib. Moldovalı atlet 56 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb.

Sırqi 238 kq (105+133) nəticə göstərərək bu qrupda 7-ci yerə çıxıb. İdmançının yekun sıralamada neçənci yeri tutacağı B və A qruplarındakı yarışların bitimindən sonra bilinəcək.

Xəbər 876 dəfə oxundu.