Topaz Premyer Liqası, “Rəvan” klubu “Zirə”yə qalib gəlib
Topaz Premyer Liqasının XIII turunda “Rəvan” “Zirə”ni 1-0 hesabı ilə məğlub etdi.

Adil Şükürov (“Zirə”nin baş məşqçisi): “Rəvan”ı qələbə münasibəti ilə təbrik edirəm. Biz isə iki həftə ərzində işlədiyimiz tapşırıqları tam yerinə yetirə bilmədik. Daha sürətli futbol oynamağa çalışdıq, lakin ümumi səhvlərimiz vardı. Rəqib qələbə qazanmağımıza imkan vermədi. Açığı, futbolçular meydançada istəkli idilər, qələbə qazansaydıq, turnir cədvəlində yerimiz dəyişəcəkdi. Lakin alınmadı".

Bəhmən Həsənov (“Rəvan”ın baş məşqçisi): “Ağıllı müdafiə olunduq və erkən vurduğumuz qolun hesabına qələbə qazandıq. Biz çempionatın yaxşı komandalarından birinə qarşı oynadıq. Rəqib üzərində qazanılan qələbəyə görə şadam, artıq növbəti oyunları düşünməliyik”.

Xəbər 686 dəfə oxundu.