Əvəzedicilərimiz Lənkərandan 3 xalla döndülər
“Neftçi” PFK-nın əvəzedici heyəti növbəti oyununu keçirib. Əvəzedicilərimiz XIII turda “Xəzər Lənkəran” klubunun qonağı olub. “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında baş tutmuş görüş komandamızın 3:1 hesablı qələbəsi ilə nəticələnib. Əvəzedicilərimizin heyətində Sənan Əbilov (20-ci dəqiqə), Etibar Süleymanov (50-ci dəqiqə) və Oruc İsmayılov (65-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra liderdən 1 xal geri qalan “Neftçi” 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 679 dəfə oxundu.