Azərbaycanın üç qadın boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb
Qazaxıstanın Atırau şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnir keçirilir.

Yarışda Azərbaycan milli komandası da iştirak edir.

Turnirin ilk günündə üç boksçumuz rinqə çıxıb. Əzizə Abbasova (48 kq) qazaxıstanlı rəqibinə məğlub olub. Məshəti Həmzəyeva (54 kq) və Leyla Cavadova (75 kq) isə yarışa qələbə ilə başlayıblar.

Yarışın ikinci günündə daha 5 boksçumuz mübarizəyə qoşulub. Anaxanım Ağayeva (51 kq), Ayzanat Hacıyeva (60 kq), Leyla Həsənova (69 kq) ilk görüşdən məğlub ayrılıblar. Komandamızın liderlərindən olan Yana Alekseyeva (60 kq) ilk qarşılaşmada Qazaxıstan boksçusu üzərində qələbə qazanıb.

Qeyd edək ki, yarışa noyabrın 22-də yekun vurulacaq.

Xəbər 773 dəfə oxundu.