Bakının ABU həndbol komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib
Bakının qadın həndbolçulardan ibarət ABU komandası Çellenc kuboku turnirində ilk oyununu keçirib.

ABU turnirin onaltıdabir final mərhələsi çərçivəsində Hollandiyada yerli “Şuler” komandasının qonağı olub. Görüş “Şuler”in 27:19 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılıqlı razılığa əsasən, cavab oyunu da Hollandiyada təşkil olunacaq. Görüş noyabrın 21-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 844 dəfə oxundu.