Araz Abdullayevin komandası AEK-ə qarşı
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 20-ci turun oyunları keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Panionios” səfərdə AEK klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu oyun öncəsi “Panionios” 22 xalla 9-cu pillədə qərarlaşıb. Rəqib isə, 34 xalla 4-cüdür.

Xəbər 1074 dəfə oxundu.