Gənc boksçularımız Polşada Avropa çempionu adı uğrunda yarışacaqlar
Noyabrın 21-də Polşanın Kolobjek şəhərində gənclər arasında boks üzrə Avropa çempionatı başlayacaq.

Yarışda Azərbaycanı 9 boksçu təmsil edəcək.

Millimizin heyətində Ruslan Rüstəmov (49 kq), Elcan Qafarlı (52 kq), Sərxan Əliyev (56 kq), Elməddin İsmayılov (60 kq), Pərviz Quliyev (64 kq), İsmayıl Hüseynov (69 kq), Hacı Dilbazov (75 kq), Qüdrət Quliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) yer alıblar.

Çempionatda 37 ölkədən 266 boksçu birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 872 dəfə oxundu.