Braziliya futbol çempionatının qalibi müəyyənləşib
Yarışın 35-ci turunda “Korintians” səfərdə “Vasko De Qama” ilə heç-heçə edib – 1:1. Turnir cədvəlində ikinci yerdə qərarlaşan “Atletiko Mineyro” isə “San Paulu” klubuna məğlub olub. Komandalar arasında xal fərqi 12-yə çatıb.

“Korintians” 77 xalla çempionatın sonuna üç tur qalmış 6-cı dəfə Braziliya çempionu olub. Bundan əvvəl klub 1990, 1998, 1999, 2005 və 2011-ci illərdə çempionluğu bayram etmişdi.

Xəbər 760 dəfə oxundu.