Azərbaycan millisi yoxlama oyununda böyük hesablı qələbə qazanıb
Futzal üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığını davam etdirir.

Millimiz Azərbaycan klublarının üzvlərindən ibarət yığma ilə yoxlama oyunu keçirib.

Bakı İdman Sarayında təşkil olunan oyunda millimiz 7:1 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Rafael, Edu və Amadeu dubl edib, Auqusto isə bir dəfə fərqlənib.

Qeyd edək ki, dünya çempionatının ilkin seçmə mərhələsinin oyunlarının dekabrın 10-13-də Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. Millimiz “B” qrupunda meydan sahibləri ilə yanaşı, İsveç və Belarus yığmasına qarşı mübarizə aparacaq.

Xəbər 701 dəfə oxundu.