Azad Rəhimov Çexiyalı həmkarı ilə gənclər və idman siyasəti haqda danışdı
19 noyabr 2015-ci il tarixdən başalayaraq Çexiyanın Praqa şəhərində keçirilən Avropa Olimpiya Komitəsinin 44- cü Baş Assambleyası və İcraiyyə Komitəsinin iclaslarında iştirak etmək üçün bu ölkədə rəsmi səfərdə olan gənclər və idman naziri Azad Rəhimov Çexiyanın təhsil, gənclər və idman naziri xanım Katerina Volaxova ilə görüş keçirib.

Çexiya Parlamentinin binasında baş tutan görüşdə Çexiyalı nazir Azad Rehimovu salamladıqdan sonra, Avropa oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil edilməsi münasibəti ilə təbrik edib. Hər iki ölkənin naziri öz ölkələrinin idman və gənclər siyasəti, bu sahələrdə həyata keçirilən layihələr haqda geniş məlumat verib, tədbirlərdə Azərbaycanlı və Çexiyalı gənclərin iştirakını yüksək qiymətləndirib, bu istiqamətdə əməkdaşlığın daha da möhkəmlənməsinin önəmini vurğulayıblar.

Nazir Katerina Volaxova görüş çərçivəsində xüsusi olaraq Avropa İttifaqının təsis etdiyi Vişeqrad Sazişi və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ölkənizin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmiş və əməkdaşlıq üçün Azərbaycana təşəkkür etmişdir.

Görüşün sonunda nazir Azad Rəhimov və nazir Katerina Volaxova daha sıx əməkdaşlıq istiqamətində yeni layihələrin işlənib hazırlanmasının zərurətini vurğulamışlar.

Xəbər 1087 dəfə oxundu.