“Qarabağ” komandası ciddi itki ilə üzləşib
Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Kəpəz” ilə oyunun hazırlığını davam etdirən “Qarabağ”ın daha bir futbolçusu zədələnib.

Axşam məşqində Alharbi El Jadeyaoui zədələnərək 1 aylıq sıradan çıxıb. Sağ ayaq topuğundan zədələnən futbolçunun ayağı sarğıya qoyulub. Mərakeş əsilli yarımmüdafiəçinin gələn ayın ortalarında sıraya dönəcəyi ehtimal olunur.

Qeyd edək ki, “Qarabağ” komandası Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək.

Xəbər 713 dəfə oxundu.