AFFA və UNICEF arasında növbəti müqavilə imzalanıb
Bir neçə ildir əməkdaşlıq edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və UNICEF arasında növbəti müqavilə imzalanıb.

Hazırkı əməkdaşlıq müqaviləsi AFFA-nın 2014-cü ildə qoşulduğu UNICEF-in uşaq zorakılığına qarşı qlobal kampaniyasının davamıdır. Əməkdaşlıq çərçivəsində AFFA və UNICEF uşaq zorakılığının qarşısının alınması mövzusunda maarifləndirmə işləri aparılacaq.

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – Moldova beynəlxalq yoldaşlıq oyunu zamanı meydançanın ətrafında quraşdırılmış reklam lövhələrində AFFA-UNICEF əməkdaşlığının növbəti mərhələsinin aktivləşdirilməsi öz əksini tapıb.

Qeyd edək ki, bu gün Ümumdünya Uşaqlar Günüdür. Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edib.

Xəbər 690 dəfə oxundu.