Türkiyə superliqası təmsilçisi "Eskişehirspor" iki futbolçusu ilə yolları ayırmağa hazırlaşır
Onlardan biri "Qarabağ"ın sabiq oyunçusu Muarem Muaremdir. Bu mövsüm cəmi iki rəsmi matçda meydana çıxan makedoniyalı yarımmüdafiəçi ilə müqavilənin ləğv ediləcəyi bildirilib.

Qeyd edək ki, "Eskişehirspor"un yolların ayıracağı digər futbolçusu Teofanis Gekasdır. Yunan oyunçunun özünün klubdan getmək istədiyi bildirilib.

"Eskişehirspor"un hər iki oyunçu ilə bağlı qərarını tezliklə rəsmən açıqlayacağı qeyd olunub.

Xəbər 721 dəfə oxundu.