“Zirvə” dünya çempionatında 17 atletlə təmsil olunacaq
Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı keçiriləcək. Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutacaq turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşulacaq.

Bu çempionatda “Zirvə” Beynəlxalq İdman Klubunun da çox sayda nümayəndəsi iştirak edəcək. Moldova, Gürcüstan, İsrail, ABŞ, Ukrayna və Azərbaycandan olan atletlərimiz medallar uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatında çıxış edəcək “zirvəçilər”in siyahısını sizə təqvim edirik:

Azərbaycan
Qadınlar: Anastasiya İbrahimli (69 kq).
Kişilər: Valentn Xristov (62 kq), Firudin Quliyev (69 kq), Elxan Əliquluzadə (77 kq), Rövşən Fətullayev (94 kq), Dadaş Dadaşbəyli (105 kq).

ABŞ
Kişilər: Aleks Yunqhvan Li (69 kq)

Ukrayna
Kişilər: Volodimir Hoza (94 kq)

İsrail
Qadınlar: Marina Ohman (63 kq)
Kişilər: Anatoli Muşik (94 kq)

Moldova
Kişilər: Oleq Sırqi (56 kq), Sergey Çeşir (69 kq), Pipa Artiom (77kq)

Rumıniya (Kişinyov-Zirvə)
Kişilər: Kaptari Dumitru (77 kq), Çernı Çeorgi (85 kq).

Gürcüstan
Qadınlar: Anastasiya Qotfrid (+75 kq)
Kişilər: Georgi Çxeidze (105 kq)

Xəbər 757 dəfə oxundu.