"Xəzər Lənkəran"la 35-ci duel
“Neftçi” noyabrın 22-də Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Xəzər Lənkəran” klubunun qonağı olacaq. “Xəzər Lənkəran” mərkəzi stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək. Ümumilikdə bu komanda ilə indiyədək 34 çempionat oyununda qarşılaşmışıq. Bu görüşlərdən 12-də qələbə qazanmış, 7-də isə məğlub olmuşuq. 15 oyunda heç-heçə qeydə alınıb. Top fərqi də “Neftçi”nin xeyrinədir – 39:28.

Xəbər 723 dəfə oxundu.