Azərbaycan boksçuları yoldaşlıq oyununda rusiyalı rəqiblərinə qalib gəliblər
Azərbaycan Boks Federasiyasında (ABF) Bakı və Moskva şəhərlərinin yeniyetmələrdən ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.

ABF-dən bildiriblər ki, “Moskva günləri” çərçivəsində təşkil olunan görüşdə idmançılar 7 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Yoldaşlıq görüşündə Fərid Səfərli (Bakı, 48 kq) Vadim Yuşin (Moskva), Əflatun Babayev (50 kq) Aleksandr Muşikov, Elşən Cəbiyev (52 kq) Anatoli İonov, Vüqar Məmmədli (54 kq) Vitali Boytsov, Səbuhi Abışov (75 kq) Qlev Zverev, Rüfət Nəbiyev (59 kq) Hacımurad Buriyev və Nəcəb Niftəliyev (65 kq) isə Deni Axmatov ilə qarşılaşıb.

Yarış Azərbaycan boksçularının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 735 dəfə oxundu.