«Baku Fires» - «Paris United»: 3-2
Bu gün «Baku Fires» klubu Ümumdünya Boks Seriyası (WSB) (WSB) çərçivəsində növbəti döyüşə çıxıb. İdman.com.az saytının məlumatına görə, rəqib Fransanın «Paris United» komandası olub. «Sərhədçi» Olimpiya-İdman Mərkəzində keçirilmiş görüşdə «Baku Alovları» qonaqları 3:2 hesabı ilə məğlub edib. Bu, ev sahiblərinin 8 matçda 8-ci qələbə idi.

Komandamızın yer aldığı «B» qrupunda «Istanbul Bosphorus» (Türkiyə) «Leipzig Leopards» (Almaniya) klubunu 4:1 hesabı ilə məğlub edib, «Mexico City Guerreros» (Meksika) və «Beijing Dragons» (Çin) komandaları arasında matç təxirə salınıb.

«Baku Fires» - «Istanbul Bosphorus»
54 kq. Qairbəy Qermaxanov (Azərbaycan) – Samir Brahimi (Əlcəzair) – 50:45, 49:46, 49:46
61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Abdülkadər Şadi (Əlcəzair) - 48:47, 45:50, 47:48
73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Mişel Tavares (Fransa) - 49:46, 49:46, 48:4
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Xrvoye Sep (Xorvatiya) - 49:46, 49:46, 49:46
+91 kq. Əbdülqədir Abdullayev (Azərbaycan) – Filipp Xrqoviç (Xorvatiya) - 49:46, 49:46, 49:46

Turnir cədvəli:
1.«Baku Fires» – 24 xal, döyüşlərin fərqi - 33-7 (8 matç)
2.«Leipzig Leopards» – 13, 21-19 (8)
3.«Mexico City Guerreros» – 13, 19-15 (7)
4.«Paris United» – 12, 17-22 (8)
5.«Istanbul Bosphorus» – 11, 18-22 (8)
6.«Beijing Dragons» – 3, 6-29 (7)

Xəbər 1180 dəfə oxundu.