“Qartallar” milli komandada qələbə sevinci yaşadılar
“Zirə”nin Premyer Liqadakı uğurlu çıxışı futbolçularımızın fərdi qaydada diqqət mərkəzinə düşməsinə də kömək edir. 21 yaşa qədər futbolçulardan ibarət yığma komandamızın son toplanışına “qartallar”dan 3-ü dəvət olunmuşdu. Dünən gənclərimiz Bakıda güclü Rusiya yığmasını böyük hesabla məğlub ediblər. “Zirə”nin perspektivli müdafiəçiləri Sadiq Quliyevlə Adil Nağıyev də bu qəbələdə böyük rol oynayıblar. Müdafiənin mərkəzində yer alan “qartallar” 3 qol vuran komandamızın qapısının toxunulmazlığına nail ola biliblər. Digər futbolçumuz Tellur Mütəllimov isə ehtiyat oyunçular arasında olub. Beləliklə 21 yaşa qədər futbolçular arasında Avro-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiyanı qəbul edən Azərbaycan yığması 3-0 hesablı qələbə qazanıb. A milli komandamz isə dünən yoxlama oyununda qüvvəsini sınayıb. Moldova yığmasını qəbul edən millilərimiz 2-1 hesablı qələbə qazanıb. “Zirə”dəki çıxışı ilə yenidən milliyə dəvət alan qapıçımız Anar Nəzirov da komandada olub.

Xəbər 670 dəfə oxundu.