Messi yeni butslarını “El Klassiko”da sınaqdan keçirəcək
“Adidas” şirkəti Lionel Messinin Madrid “Real”ı ilə şənbə günü keçiriləcək qarşılaşmaya yeni butslarla çıxacağı xəbərini yayıb.

“Adidas”ın yeni butsları qara və qırmızı rəngin ahəngində istehsal edilib. “Messi15” dizaynı ilə hazırlanan butsun pəncə qatında isə “Barselona”nın forvardının pərəstişkarlarına hörmət əlaməti olaraq böyük “M” hərfi yerləşdirilib.

Səkkiz həftə əvvəl zədələnən argentinalı ulduz “Real” ilə derbi matçına beş gün qalmış məşqləri bərpa edib. O, “El-Klassiko”da komandasına ən azi 30 dəqiqə kömək edə bilər.

Xəbər 688 dəfə oxundu.