“Qəbələ”də “Qalatasaray” sevgisi
“Azərbaycanda “Qalatasaray”ı çox sevirlər. “Qəbələ”də oynayan futbolçular “xocam, bizi “Qalatasaray”a göndər” deyirlər. Bir çoxundan forma sifarişi almışam. O bölgədə “Qalatasaray”ı daha artıq sevirlər”. İdman.com.az saytı xəbər verir ki, bu sözü Qəbələ Futbol Akadamiyasının məşqçisi Rəcəb Yazıçı deyib.

“Qara-qırmızılar”ın digər məşqçisi Həlim Fıçıçı isə, “Qəbələ”nin elit komanda olduğunu bildirib: “Bizim orada etdiklərimizi gördükdən sonra, məni və Rəcəb xocayı inanılmaz dərəcədə sevməyə başladılar. Azərbaycanda bizim komanda Əli abi (Ali Yavaş) sayəsində elit bir komanda oldu. “Qalatasaray”da çalışdıcığım dönəmlə də Əli Yavaş bizim önümüzü açan bir idarəçi idi. Allah razı olsun ki, onunla çalışırıq”.

Xəbər 963 dəfə oxundu.