U-17-nin seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək
Noyabrın 19-dan 21-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, toplanışa Emil Həsənov, Şahin Zəkiyev, Kamran Əliyev, Elvin Pənahov (hamısı “İnter”), Kənan Paşayev (“Rəvan”), İsmayıl Babayev (“Sumqayıt”), Əsgər Hüseynov (AZAL), Fərid Bayramov, Elmir Ağamirov (hər ikisi “Kəpəz”),

Kənan Səfərov, Kamal Dənziyev (hər ikisi “Xəzər-Lənkəran”), Misir Rüstəmov (“Turan”), Sahib Mehdiyev, Nemət Məmmədrəhimov

(hər ikisi “Neftçi İdman Klubu” İctimai Birliyi), Ərşad Xankişiyev, Ülvi İbrahimov, Famin Əliyev, Rahid Ağazadə (hamısı “Qarabağ”),

Qabil Sabirli, Cuma Orucov (hər ikisi “Vətən”), Vidadi Cəfərov (“Fortuna Bakı”), Emin Bağırov, Vüsal Mustafayev, Kamran Quliyev,

Abbas Ağazadə (hamısı “Qəbələ”), Hüseyn Əhmədov (“Əlincə”), Rövşən Şahmuradov (“Zirə”), Hüseynəli Quliyev, Yusif Qafarlı, Nazim Bağırov (hamısı “Bakı”), Seymur Həmidov, Xəyal Tomarov, Eşqin İsrafilov və Bəşir Aylarov (hamısı “Neftçi”) dəvət olunublar.

Xəbər 745 dəfə oxundu.