Kiçik yaşlı yeniyetmələr "Day of children" beynəlxalq turnirində
Noyabrın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmələr arasında "Day of Children" beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri iştirak edəcək.

Yunan-Roma güləşi yarışlarında güləşçilərimiz məşqçilər Fuad Əliyev və Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Rəşad Məmmədov (32 kq), Ceyhun Zeynalov (35 kq), Nurlan Quluzadə (38 kq), Telman Əliyev (42 kq), Mirsirac Həsənli (47 kq), Toğrul Quluzadə (53 kq), Cavidan Cavadov (59 kq), Ruslan Hadisov (66 kq), Əlişan Salmanov (73 kq) və Bəhruz Həziyev (85 kq) yer alıb.

Sərbəst güləşçilərin yarışında isə Süleyman Mirzəyev (32 kq), Cabbad Məmmədzadə (35 kq), İlkin Məmmədov, Rəşid Zeynalov (hər ikisi 38 kq), Tural Əsgərov (42 kq), Əşrəf Aşurov (47 kq), Turan Bayramov (53 kq), Vahid Əlizadə (59 kq), Abdulxaliq Quluzadə (66 kq), Emin Yusubov (73 kq) və Abdulmuslim Məmmədov yığmamızı təmsil edəcək. Komandaya məşqçi Namiq Quliyev rəhbərlik edir.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edəcək.

Xəbər 634 dəfə oxundu.