Su polosu üzrə Bakı şəhər açıq turniri keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Su İdman Sarayında su polosu üzrə 12 noyabr Konstitusiya gününə həsr olunmuş Bakı şəhər açıq turniri keçirilib. Turnirdə MOİK, RYİUGİM AzDBTİA, HDQ, Bakı klubları ilə yanaşı Tbilisi şəhərinin “Burevestnik” komandasi da daxil olmaqla 8 komanda iştirak edib.

Yekun nəticələrə əsasən I yerə MOİK-I, II yerə RYİUGİM, III yeri isə “Burevestnik” komandaları layiq görülüb.

Qalib komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Xəbər 1596 dəfə oxundu.